Müsəlmanlar

“Orucu batil edər” deyə, uydurulan şeylər.

Sual: Tutduğumuz orucun səhihliyi barədə hər kəs bir şey deyir. Orucu batil edən şeylərin Quran və sünnədə nələr olduğunu bizə bildirə bilərsinizmi?

Cavab: Oruc tutan insanların bir çoxu oruc tutmanın qaydalarının nə qədər asan olduğunu bilmədikləri üçün, onu yerinə yetirilməsi çətin bir ibadət halına gətirirlər. Bu hal, iki səbəbdən qaynaqlanır: Cəhalət və vəsvəsə.

Cəhalətləri səbəbilə çətinləşdirənlər, Quran və peyğəmbər sünnəsində olmayan bir çox qaydalar uydururlar. Bunlardan ən məşhur olanları: “Udqunmaq”, “yatmaq”, “tüpürmək”, “çimmək”, “pomada sürtmək”, “televizora baxmaq”, “ətir vurmaq”, “diş çəkdirmək”, “aybaşı olmaq”, “krem sürtmək”, “qadına əl dəymək”, “qan vermək”, “öpmək”, “söyüş söymək”, “başqasının siqaret tüstüsünü udmaq”, – kimi halların oruclarını pozduğuna inanmalarıdır.

Vəsvəsəli insanların bir çoxu ya oruc tutmaz ya da oruclarını sadə məsələlərdən qəzaya buraxırlar. Məsələn: “Bilmədiyi halda bir şey yeyər və ya içərsə”, “istəmədiyi halda qusmuşsa”, “niyyət edib-etmədiyini xatırlamırsa”, bu orucum hər halda olmadı deyib, orucunun batil olduğuna inanan insanlar az deyildir.

Quran və sünnəyə əsasən orucun necə tutulduğunu və hansı hallarda batil olduğunu bilmək istəyirsinizsə, saytımızın bu linkini oxumanızı məsləhət görürük:

http://www.muselmanlar.com/tedqiqatlar/871.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.