Müsəlmanlar

Yol polisinin haqlı olaraq yazdığı protokola mane olmaq olarmı?

Sual: Yol polisi haqlı bir səbəbdən ötrü maşınımı saxlayıb protokol tərtib etmək istəsə, ona pul verib əngəl olmaq rüşvət sayılarmı ?

Cavab: Əgər yol polisi haqlı yerə sizi saxlayıbsa və müvafiq qaydada protokol tərtib edib cəza kəsmək istəyirsə, siz o cəzanı ödəmək məcburiyyətindəsiniz. Əksi təqdirdə sizin protokoldan xilas olmaq üçün pul təqdim etməniz rüşvət sayılar. Onun da bu pulu alması haramdır.

Bu cür hərəkətlər, hər ikinizin həm günaha girməsinə, həm də ictimaiyyəti təhlükəyə atmasına səbəb olur!

Bu barədə, hər kəsə ibrət olacaq bu linki izləyin:

http://ok.ru/video/9879882412

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.