Müsəlmanlar

Bizim seçmədiyimiz şeylər qədərimiz deyilmi?

Sual: Seçmədiyimiz şeyləri qədərimiz olaraq adlandıra bilərikmi? Məsələn, ata-anamız kim olacaq, dilimiz, milliyyətimiz, dünyaya gələcəyimiz ölkə bizim qədərimiz sayıla bilərmi?

Cavab: Qədər, bir ölçüdür. Allah, hər şeyə bir ölçü qoymuşdur. Bizim ana rəhmində böyüməyimiz, bütün funksiyalarımız bir ölçü (qədər) ilə olur. Allah hər şeyi bir qədərə (ölçüyə) bağladığını bildirməkdədir:

وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا

“…O, bütün şeyləri yaratmış və onlara münasib bir ölçü qoymuşdur” (Furqan 25/2)

Hər şey kimi, insan da Allahın bir qədərinin məhsuludur. Qədər iki cür dəyərləndirilməlidir:

  1. Bizdən asılı olmayan qədər.

Buna yaradılan hər şey: yer , göy, insanlar və bunların təbii funksiyaları bizdən asılı olmayan qədərə daxildir. Bu cür qədərdə bizim seçmə haqqımız yoxdur. Məsələn, “İstədiyimiz yerdə dünyaya gəlmək, ata-anamızı, cinsiyyətimizi müəyyən etmək, nəfəs alıb vermək”- kimi şeyləri biz seçmirik. Necəki, imtahanda tələbənin seçmə haqqı olmadığı kimi.

  1. Bizdən asılı olan qədər.

Bizə bildirilən şeylərə qarşı göstərdiyimiz müsbət və ya mənfi reaksiya, onlardan doğru ya da əyri istifadə etməyimiz, qısaca, öz azad iradəmizlə etdiyimiz hər şey bizdən asılı olan qədərə daxildir. Allah Quranda bu barədə belə buyurur:

كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ

“Hər kəs öz əməlinin girovudur!” (Müddəssir 74/38)

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linklərinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/5139.html

Qədər yönündən, Bəqərə surəsinin 255-ci ayəsini necə başa düşməliyik?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.