Sual: Bəqərə surəsinin 255-ci ayəsi ümumiyyətlə “…O, (məxluqatın) keçmişdə etdiklərini və gələcəkdə edəcəklərini bilir…” – deyə tərcümə edilir. Ayənin bu cür tərcümə edilməsini siz necə dəyərləndirirsiniz?
Cavab: Ayədə belə buyurulur:
“يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ = O, onların qabaqlarında və arxalarında olanı bilir.”
Bu ayədən məqsəd; yaşayan insanların qabaqlarında olan, yəni, hal-hazırda qarşılarında duran və görməkdə olan işləridir. Arxalarında olan da etdikləridir. Allah bunların hamısını bilir. Gələcəkdə görməyi planladığımız işlər barəsində də bir çox qaydalar və imtahanlarla üzləşdirir. Bu qaydalara və imtahanlara qarşı münasibətimizi Allah əvvəlcədən təyin və müəyyən etməz. Bunlara qarşı necə münasibət bəsləyəcəyimizə, necə davranacağımıza ancaq biz qərar veririk. Qərar verdikdən sonra ona icazə verən, yaradan Allahdır. Fəcr surəsinin 15-16-cı ayələrində ifadə edildiyi kimi:
“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.”
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/5139.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]