Müsəlmanlar

Nişanlanmaq və evlənmək istəyənlər bir-birilə necə görüşməlidir?

Sual: Evlənmək istəyən bir kişi və qadın evlənməzdən əvvəl hansı meyarlar daxilində görüşə bilərlər? Dini cəhətdən əsas meyar nədir?

Cavab: Evlənmək istəyən şəxslər evlilikdən qabaq görüşüb söhbət edə bilərlər. Bu, evlənməyə qərar verə bilmək üçündür. Bunda bir eyib yoxdur. Lakin onlar bu mərhələdə qətiyyən tək qalmamalıdırlar. Yəni, xəlvəti yerdə təkbaşlarına qala bilməzlər; bir-birlərilə 2 yad şəxs kimi görüşə bilərlər. Yanlarında mütləq surətdə başqaları da olmalıdır. Yəni, onlar elə yerlərdə görüşməlidirlər ki, orada III şəxs və ya şəxslər də olsun. Bu isə öz növbəsində ictimai yerlərdə mümkündür.

Bu, ciddi bir məsələdir. Heç kəs bu məsələdə özündən arxayın olmamalıdır. Ehtiyatlı hərəkət edilməlidir. Çünki siz də, tərəf-müqabiliniz də insansınız. Hər ikiniz də ilahi imtahandan keçirilirsiniz. Elə isə buna qarşı tədbir görmək də lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu sualla əlaqədar olaraq aşağıdakı cavablarla tanış olun:

http://www.muselmanlar.com/fitvalar/4494.html

http://www.muselmanlar.com/fitvalar/2774.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.