Müsəlmanlar
Ölən bir kişinin 2 arvadı varsa, mirası necə bölüşdürülməlidir?

Ölən bir kişinin 2 arvadı varsa, mirası necə bölüşdürülməlidir?

Sual: Tutalım ki, bir kişi ölüb və onun 1-dən çox (2, 3 və ya 4) arvadı var. Həmin qadınlar ölən kişinin mirasından hansı qaydaya əsasən pay alırlar?

Cavab: Həmin qadınlar (ölən kişinin arvadları) 1 xanım üçün ayrılan payı öz aralarında bölüşdürməlidirlər.

Əgər ölən kişinin övladı yoxdursa, həyat yoldaşı mirasın dörddə birini alır. Əgər övladı olmadan ölən kişinin 4 arvadı olubsa və həmin qadınlar hər biri mirasın dörddə birini alsalar, yerdə heç nə qalmaz. Ümumiyyətlə, bu cür bir bölüşdürmə və ya belə bir qayda yoxdur.

Odur ki, ölən kişinin 1-dən artıq arvadı varsa və heç bir övladı yoxdursa, o qadınlar mirasın dörddə birini öz aralarında bərabər qaydada bölüşürlər. Əgər ölən kişinin övladı varsa, arvadlarına mirasın səkkizdə biri düşür. Həmin səkkizdə birlik hissəni də öz aralarında bərabər qaydada pay etməlidirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Miras məsələləri ilə əlaqədar əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/miras-vesiyyet

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.