Sual: Üçüncü talaq ilə boşanan qadının iddəti (üç ay gözləmə müddəti) olmadığı üçün başqa biri ilə dərhal nikahlana bilərmi?
Cavab: Qurani-Kərimə baxdığımız zaman, birinci və ikinci talaqla boşanan qadına verilən iddət müddəti, ailənin yenidən qurulmasına şərait yaratmaq üçündür. Yəni, kişi (əgər arvad razı olarsa) ilk talaqdan sonra arvadına dönmə haqqı vardır.
Üçüncü boşamadan sonra artıq, ailənin yenidən həmin kişi ilə qurulması şərti ortadan qalxar və qadın, istədiyi başqa bir şəxslə dərhal evlənə bilər. Burada qadının diqqətli olması lazım olan xüsus; onun hamilə olmamasıdır. Əgər hamilə isə uşağı dünyaya gətirənə qədər gözləməsi lazımdır.
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:
http://www.muselmanlar.com/fitvalar/2282.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.