Müsəlmanlar
Qurana görə terorçulara necə bir cəza verilməlidir?

Qurana görə terorçulara necə bir cəza verilməlidir?

Sual: Maidə surəsinin 33-cü ayəsinə görə, tövbə etmədən və təslim olmadan qabaq ələ keçən fəsadçıların cəzası nə olmadılır?

Cavab: Qurani-Kərimdə: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək və ya əl və ayaqlarını çarpazvari kəsmək, yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.”- buyurmaqdadır. (Maidə, 5/33).

Yəni, Qurani-Kərimin bu ayəsində bir şəxsin digər şəxsə qarşı etdiklərindən deyil, Allaha və rəsuluna inanmış bir ictimaiyyətə qarşı müharibə edən qrupdan bəhs edilir. İslamda, bir qrup ya da təşkilat meydana gətirib, bunlarla bərabər ictimaiyyətə qarşı döyüşmək ən ağır cinayət sayılır. Belə insanlar ələ keçirildiyi təqdirdə, törətdikləri cinayətlərə görə necə cəzalandırılacaqları bildirilir.

İnsanlardan bir çoxu bu cəzaların ağır olduğunu fikirləşə bilərlər. Ancaq belə fikirləşənlərin bunu da hesaba qatmaları lazımdır; bu cür cinayətə təşəbbüs göstərənlər, böyük bir cəmiyyəti məhv etməyə qəsd ediblər. Bu səbəblə belə cinayətkarlar, bu cür ibrətli cəzaya çarpdırılmaları lazımdır ki, görənlər bir də belə bir cinayətə təşəbbüs etməsinlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Daha ətraflı məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/?s=c%C9%99za

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []