Müsəlmanlar

Bir uşaq yetkinlik çağına çatmadan rəşid ola bilərmi?

Sual: “Nikah çağından əvvəl yetimin malı özünə verilməz”- dediniz. Bəs nikah çağından əvvəl uşaqda rəşidlik görülərsə, o zaman malları özünə verilməzmi?

Cavab: “Nikah çağından əvvəl yetimin malı özünə verilməz”– sözünü mən yox, Qurani-Kərimin Nisə surəsinin 6- cı ayəsi deyir: “Yetimləri nikah çağına(yetkinlik yaşına) çatana qədər imtahana çəkin…”

Nikah çağından əvvəl bir uşaqda rəşidlik görülərsə, malları ona qaytarılmaz. Çünki, Allah nikah çağına çatmayı şərt görməkdədir. Ayədə, “…Bundan sonra əgər onların rüşdə (əqli-kamala) çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın…” – buyurulmaqdadır. Nəticədə rəşidlik, nikah çağından (büluğdan) əvvəl deyil, sonra axtarılır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/6127.html

http://www.muselmanlar.com/fitvalar/5983.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []