Sual: Mehir istəməyən varlı bir qadınla evlənsəm, Qurana tərs bir hərəkət etmiş olaram?
Cavab: Hər nə qədər qadın mehir istəməsə də evlilikdə mehir şərti vardır. Həm də varlı qadınların mehri digərlərindən daha çoxdur. Bu səbəblə mehirsiz evlənməsinlər. Mehri müəyyən etsinlər, sonra isə qadın istədiyi vaxt ərinə mehri bağışlayar. Bu barədə Nisə surəsinin 4- cü ayəsində belə buyurur:
“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!”
Mehirsiz evlənmək ancaq Rəsulullaha verilən xüsusi bir səlahiyyətdir. Bu səlahiyyət də Əhzab surəsinin 50-ci ayəsində qeyd edilir:
“Ey Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə döyüş qəniməti olaraq verdiklərindən sahib olduğun əsirləri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. (Sonuncu )digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində nəyi vacib buyurduğumuzu bilirik. (Belə etdik) ki, sənə bir çətinlik olmasın. Allah Bağışlayandır, Rəhmlidir.”
Suala cavab verdi: Abdüləziz Bayındır.[1]
Buna bənzər digər yazılarımıza və video müsahibələrimizə bu linklərdən baxa bilərsiniz:
http://www.muselmanlar.com/fitvalar/5890.html
http://www.muselmanlar.com/fitvalar/1863.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.