Müsəlmanlar
Zəkat vermək ancaq imkanı olana fərzdir, yoxsa hər kəsə?

Zəkat vermək ancaq imkanı olana fərzdir, yoxsa hər kəsə?

Sual: Zəkat vermək ancaq imkanı olana fərzdir, yoxsa hər kəsə?

Cavab: Zəkat vermək hamıya deyil, ancaq imkanı olan varlılara məxsusdur. Bu barədə Tövbə surəsinin 60-cı ayəsində belə deyilir:

“Sədəqələr/Zəkatlar Allah tərəfindən bir fərz olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə məxsusdur. Allah Biləndir, Müdrikdir.”

Bəqərə surəsinin 271-ci ayəsində isə zəkatın nə cür veriləcəyindən bəhs edilməkdədir:

“Sədəqələri aşkarda verməyiniz yaxşıdır. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. (Allah) sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.”

Zəkatı alan şəxslərə də Möminin surəsinin 1-ci və 4-cü ayəsində belə öyüd verilir: “Möminlər, həqiqətən də, nicat tapmışlar, (Xilas olacaq, yaxşı möminlərin xüsusiyyətləri sayılır)…o kəslərdir ki, zəkat vermək üçün çalışanlar,”

Yəni, yaxşı möminlər zəkat almaq üçün deyil, zəkat vermək üçün çalışırlar. Hər möminin vəzifəsi, “mən də çalışım birinə köməklik göstərim”- məqsədi daşımalıdır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər digər yazılarımıza bu linklərdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5464.html

http://www.muselmanlar.com/fitvalar/5135.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.



[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []