Müsəlmanlar

Borc alıb vermənin yazılı surətdə olması fərzdir?

Sual: Borc alıb vermənin yazılı surətdə olması fərzdirmi?

Cavab: Bəqərə surəsinin 282-cü ayəsində deyilir ki; “Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin…”

Ayədən də görüldüyü kimi, borcu yazmaq, onu sənədli hala gətirmək tövsiyə edilir ki, bu da hər iki tərəf üçün daha yaxşı və etibarlıdır. Sonra “Əgər səfərdə olsanız və katib tapmasanız, (borc yiyəsinə) saxlanılması üçün girov verin…” Bir əmanət ya da rehin verin. Daha sonra “…Əgər sizdən biri digərinə etibar edibsə, qoy etibar olunmuş kimsə ona verilmiş borcu qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Kim onu gizlədirsə, şübhəsiz ki, qəlbi günahkardır. Allah nə etdiklərinizi bilir.” (Bəqərə 2/283).

Ayədən gördüyünüz kimi, “sizdən biri digərinə etibar edibsə,”- yəni, “güvənib yazdırmadığınız təqdirdə,”- deməkdir.  Verilən borca “Şahidliyi gizlətməyin.”- buyurulur. Yazılı, sənədli bir şey üçün gizlətməyin də deyilməz. Nətcə etibarilə bu ayə, əvvəlki ayədəki yazma əmrini fərz olmaqdan qaldırır. Deməli, yazmaq bir tövsiyədir, amma yazmadan da borc verilə bilər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Bu mövzuyla əlaqədar digər linklərimizə də müraciət edə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6013.html

İmkanı ola-ola borcunu qaytarmayanlara nə edə bilərik?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

 


[1] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []