Sual: Böyük günah edənlər mütləq Cəhənnəmə girəcəklər?
Cavab: Bu, mütləq deyil. Diqqət yetirin, Allah Təala edilən bir yaxşılığa ən azı 10 savab verir. Ancaq edilən bir pisliyə 1 günah verir.
Tutalım ki, bir nəfər böyük bir günah etdi. Həmin günahın müqabilində necə deyərlər, tənzimləyici savab bir iş görübsə, haqq-hesab tərəzisində müvazinət təmin olunur. Əgər bundan bir az çox savab iş görübsə, nəticə onun lehinə olmaqla dəyişir. Haqq-hesab tərəzisi də bunun üçün qurulur.
Odur ki, böyük günah edən mütləq surətdə Cəhənnəmə girmir. Əməllər tərəzidə çəkilir, əgər savabı günahından çoxdursa, birbaşa Cənnətə daxil olur.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
http://www.muselmanlar.com/fitvalar/olumden-sonraki-heyat
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.