Müsəlmanlar

Avropada bank krediti ilə mənzil almaq olar?

Sual: Avropa ölkələrində bankdan kredit götürüb mənzil almaq olar? İslamda buna necə baxılır?

Cavab: Məgər Allahın hökmləri Avropa ölkələrində öz qüvvəsini itirir?! Təbii ki, Allahın əmri hər yerdə qüvvədədir.

Bəziləri İslam dövlətinin vacibliyindən – Daru-l-İslam deyilən bir şeydən dəm vururlar. Belə olan halda (bu məntiə əsasən) əgər bir yerdə İslam dövləti yoxdursa, müsəlman və müsəlmanlıq da yoxdur?!

Əgər mən müsəlmanamsa, dünyanın hər yerində Allahın əmrləri mənim üçün qüvvədədir. Vəssalam!

Elə ola bilər ki, mən dünyada tək başına qalaram. Əgər mən bunu belə, qabaqcadan qəbul etməsəm, o halda mənim müsəlmanlığımdan söhbət gedə bilməz. Əgər mən də sağa-sola baxıb: “Əşi, hamı belədir, mən də onlar kimi olum!” – desəm, olmaz.

Odur ki, mən hər yerdə müsəlmanam. Allahın əmr və qadağaları mənim üçün hər yerdə qüvvədədir. İstər Avropa ölkələrində, istərsə də Türkiyədə olsun, bir müsəlmanın faizli bir iş görməyi caiz (məqbul) deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu sualla əlaqədar olaraq aşağıdakı qısa cavablara da nəzər yetirməyinizi tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/5301.html

http://www.muselmanlar.com/fitvalar/1868.html

http://www.muselmanlar.com/fitvalar/5277.html

Faiz və kreditlə əlaqədar ətraflı məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/faiz-ve-kredit

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.