Müsəlmanlar

Quranı hər müsəlman başa düşüb hökmlərini tətbiq edə bilər?

Sual: Allah Təala bildirir ki, Qurani-Kərimi bilən bir cəmiyyət üçün açıqlayıb. Siz isə Quranı hər səviyyədən olan insanların başa düşüb həyata keçirə biləcəyini qeyd edirsiniz. Burada bir ziddiyyət yoxdurmu?

Cavab: Qurani-Kərimin ayələri təbiət və kainatdakı ayələr kimidir. Eynilə Allahın yaratdığı ayələr kimidir.

Biz insanlar təbiətdəki ayələrdən istifadə edərək müxtəlif məhsullar istehsal edirik. Misal üçün, stəkan, pencək, stol, bina və sairə. Bunların hər biri hikmətdir.

Bir pencəyi hər bir şəxs tikib hazırlaya bilərmi? Bəs pencəyin istehsal edildiyi parça necə? Onu hər insan toxuya bilərmi? Bir sözlə, hamı dərzilik peşəsini bacara bilər? Əlbəttə ki, xeyr.

Quranın ayələri də belədir, təbiətdəki varlıqlar kimidir.

Təbiətdə alma kimi olan varlıqları yemək, su kimi olanları isə içmək mümkündür. Lakin həmin varlıqlardan xörək hazırlamaq, paltar tikmək, bina tikmək filan istədikdə böyük bir komanda qurmaq lazım gəlir.

Burada bir misal da verim. Biz uzun illərdir ki, elmi həqiqətlərə əsasən bir təqvim hazırlayırıq. Bunun üçün çox uzun müddətdən bəri fasiləsiz olaraq müxtəlif elm sahələrindən mütəxəssislərlə – böyük bir komanda ilə (astronom, mühəndis, kartoqraf, topoqraf və sairə) birlikdə tədqiqat aparırıq. Bəziləri isə bu tədqiqatlarımıza lağ edirlər. Qoy, lağ etməyə davam etsinlər.

İnşallah bu yaxınlarda geniş miqyaslı bir mətbuat konfransı keçirəcəyik. Orada əldə etdiyimiz nəticələri ictimaiyyətlə bölüşəcəyik. Məhz o zaman “elm əhli”nin nə hala düşəcəyi üzə çıxacaq! Məhz o zaman Quranda hər şeyin olub olmadığına şahid olacaqlar!

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/quran

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.