Müsəlmanlar
Uşağa Ənfal Səhra adı qoymaq

Uşağa Ənfal Səhra adı qoymaq

Sual: Biz uşağımızın adını Ənfal Səhra qoyduq. Ancaq bu, qohum-əqrəba və dost-tanış tərəfindən o qədər də yaxşı qarşılanmadı. Hər kəs bir söz dedi. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.

Cavab: Ənfal Qurani-Kərimin 8-ci surəsinin adıdır. Mənası qənimətlər, hədiyyələr, sovqatlar deməkdir. Səhra isə açıq sahə, (susuz) çöl deməkdir.

Bizim ənənəmizdə bu sözləri ayrı-ayrı və ya birlikdə uşaqlara ad qoymaq adəti yoxdur.

Əlavə olaraq, uşağınız gələcəkdə bu ad ucbatından narahat ola və ya başqaları tərəfindən narahat edilə bilər.

Ona görə də bu məsələdə bunları nəzərə almaq lazımdır:

Uşağa ad qoymaq üçün Quranda hansısa bir sözü axtarmaq lazım deyil. Belə bir şərt yoxdur. Ki, Qurandakı hər söz uşaqlara ad ola bilməz.

Əvvəllər də müxtəlif adlar barədə dəfələrlə qeyd etdiyimiz kimi, sizə həm milli-mənəvi dəyərlərimizə, eləcə də, bu sahədəki ənənələrimizə sadiq qalıb münasib adlar tapmağınızı məsləhət görürük.

Zəhmət olmasa, uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.