Sual: Kayra adının mənşə və mənası nədən ibarətdir? Bu adı uşaqlara qoymaq olar? Bunda dini cəhətdən bir eyib var?
Cavab: Şəxs adları lüğətində qeyd edilən məlumatlara əsasən Kayra sözü Türk mənşəlidir. Mənası böyük bir şəxsdən gələn yaxşılıq, onun tərəfindən göstərilən lütfkarlıq deməkdir.
Bu adı həm oğlan, həm də qız uşaqlarına qoymaq olar; başqa sözlə, bunda dini cəhətdən bir eyib yoxdur.
Lakin bu ad ölkəmizdə geniş yayılmış və ictimaiyyət tərəfindən qəbul edilmiş adlardan biri deyil. Odur ki, bu faktor da nəzər alınmalıdır.
Uşaqlara adqoyma ilə əlaqədar olaraq aşağıdakı keçidə nəzər salın:
http://www.muselmanlar.com/fitvalar/adlar
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.