PARİS HADİSƏSİ
Fransanın paytaxtı Parisdə həftəlik karikatür jurnalı Charlie Hebdonun binasına silahlı basqın edildi. Basqında ilk məlumatlara görə ikisi polis olmaqla 12 adam öldü, 4 nəfər də ağır yaralandı. Prokuror 12 nəfərin öldürüldüyünü təsdiqlədi.
ŞƏRH
Məsuliyyətsiz cinayətlər/ Məsuliyyətli fətvalar
Parisdəki həftəlik karikatür jurnalı Charlie Hebdonun binasına edilən silahlı basqında ilk məlumatlara görə ikisi polis olmaqla 12 nəfərin ölməsi, 4 nəfərin də ağır yaralanması günün ən sarsıntılı xəbərlərindən oldu. Bunun belə olmasının başlıca səbəbi basqını həyata keçirənlərin müsəlmanlar olmasıdır.
Muhəmməd əleyhissəlamı təhqir edən karikatürlərin bu jurnal tərəfindən nəşr edilməsi, ona basqın haqqında verilən fətvalara zəmin hazırladığı iddia edilməkdədir.
Allahın dinini tanınmaz hala gətirənlər isə səbəb olduqları hər hadisənin arxasından “İslam bu deyildir” mərkəzli emosional izahatlarla işi yola verməkdədirlər. İslam bu deyilsə, niyə hələ də ənənəvi xətalar tərk edilməməkdədir.
Məqsədimiz Fransanın advokatlığını etmək deyildir. Onların tez-tez belə hadisələrlə müsəlmanların nə qədər terorçu və ölümə layiq insanlar olduqlarını göstərmək məqsədiylə bu cür terordan özlərinə haq çıxardıqlarını bilirik. Biz sadəcə belə şeyləri İslam adına qələmə verənlərin həqiqətdə İslamla əlaqəsinin olmadığını göstərməyə çalışırıq.
Quranda müsəlman olmayanlara qarşı münasibət belə tənzim edilmişdir:
“…Sizdən əvvəl Kitab verilən-lərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq tələb edən əməllərdəndir.” (Əli İmran, 3/186)
Bu vəziyyətdə necə hərəkət edilməsi lazım olduğunu da bu ayələrdən öyrənirik:
“Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.” (Füssilət, 41/34-36)
Ayələrin açıq hökmünə baxmayaraq, Peyğəmbərə təhqiri məzhəblərin hamısı, ölüm cəzasına düçar olacaq cəza saymışdır. Ölümə fətvalar elə bu ənənəyə görə verilməkdədir.
Müsəlman, qeyri-müsəlman əlaqələrini geniş şəkildə izah edən ayələr bunlardır:
“Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.” (Mümtəhinə, 60/8-9)
Ayələrə görə qeyri-müslimlərlə əlaqədə dostluğu pozacaq üç qırmızı xətt vardır:
1-Dinimizdən ötrü bizimlə müharibə etmələri,
2-Bizi vətənimizdən çaxartmaları,
3-Vətənimizdən çaxaranlara köməklik göstərmələri.
Bu üç qırmızı xətti aşmadıqları müddətcə qeyri müslimlərin bizə pis gələn münasibətlərinə qarşı səbirli olmaq və əlaqədar ayələri onlara izah etmək lazımdır. Sözü gedən jurnal və çalışanları, qırmızı xətti aşmadığına görə onlara elədiklərinin səhv olduğunu başa salmalı və onlarla sülh yoluna baş vurulmalıdır. Qırmızı xətti aşarlarsa, dostluq bitər. Ancaq muharibə şərtləri meydana gəlmiş sayılmaz. Müharibəni əmr edən ayə budur:
“Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.” (Bəqərə, 2/190)
Bizimlə müharibə edənlər haqlı olduğumuzu düşünməli ki, döyüş özü bir təbliğə çevrilsin. Müharibədə yerinə yetiriləcək qaydanı izah edən ayə də budur:
“Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.” (Bəqərə, 2/194)
Quransız və Hikmətsiz din anlayışı artıq tərk edilməli və İslam insanlığın problemlərini həll edən bir mənbə olaraq təqdim edilməllidir. Allah Təala belə buyurmuşdur:
“Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir. Səbr et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də, Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir.(Nəhl 125-128)
“Bir müsibət min nəsihətdən xeyirlidir” deyirlər. Ancaq bu müsibətlərdən dərs almağı unudan müsəlmanların heç olmasa bu hadisədən dərs almalarını ümid edirik.
Müəllif: Prof. Abdüləziz Bayındır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.