Müsəlmanlar
Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür?

Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür?

Sual: Mən bu yaxınlarda gəzmək üçün 14 günlüyə Türkiyəyə getmişdim. Başda İstanbul olmaqla, bir neçə şəhərdə oldum, o cümlədən, müxtəlif tarixi yer və məscidləri görüb gəzdim. Orada bir şey müşahidə etdim: Cümə günü namazın vaxtını təqribən 45-55 dəqiqə qabağa çəkirlər. Buradakı məqsəd budur ki, dövlət və qeyri-dövlət sektorunda işləyənlər nahar fasiləsinə çıxdıqları vaxt Cümə namazına çata bilsinlər. Belə etməkdə dini cəhətdən bir eyib var, yoxsa bu, düzgündür?

Cavab: Cümə namazını əsr (ikindi) namazının vaxtı daxil olana qədər qılmaq mümkündür. Əgər həmin şəxslər məscidlərə gedib Cümə namazının xütbəsinə qulaq asır və 2 rükət fərz (vacib) namazı qılırlarsa, bunda heç bir problem yoxdur.

Qeyd edək ki, bu, Türkiyə və digər müsəlman ölkələrində həmişə həyata keçirilən bir şey deyil; ilin fəsillərindən, daha dəqiq desək, zöhr (günorta) namazının vaxtının hansı saata təsadüf etməsindən asılıdır. Çünki sizə də məlum olduğu kimi, zöhr namazının vaxtı mövsümlərdən və bölgələrdən (şəhər, qəsəbə, kənd və sairə) asılı olaraq dəyişir; sabit bir vaxtı yoxdur.

Bir sözlə, bu məsələdə dini cəhətdən bir eyib yoxdur.

Cümə namazı ilə əlaqədar ətraflə məlumat üçün aşağıdakı keçidə nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.