Müsəlmanlar

İnsanın başına gələnlər Allah tərəfindən qabaqcadan müəyyənləşdirilir?

Sual: Quranın Loğman surəsinin 34-cü ayəsinə əsasən Allah sabah bizim başımıza nə gələcəyini bilir. Belə olan halda: “Bizim taleyimiz əvvəlcədən müəyyən olunub” demək olar? Həmin ayədən belə bir nəticə çıxarmaq mümkündür?

Cavab: Məlumunuz olduğu kimi, mən universitetdə müəllim işləyirəm. Tutalım ki, siz də mənim tələbələrimsiniz və sabah imtahan keçiriləcək. İmtahanda sizdən hansı sualları soruşacağımı bilə bilərsiniz? Xeyr! Ancaq mən bunları bilirəm. Sualları əvvəlcədən hazırlamışam axı!

Elə isə Allah Təala sabah deyil, ömrümüzün axırına qədər soruşacağı sualları indidən hazırlamış ola bilər. Bu, imtahan deyil ki! Bədr döyüşündə olduğu kimi.

Əsl imtahan bizim o əsnada, o vaxt nə edəcəyimizlə əlaqədardır. Biz insanlar elmi bilikdən imtahan götürürük. Çünki tələbələrin nə bilib bilmədiklərini bilmirik; onlardan imtahan götürməklə bunu öyrənməyə və biliklərini ölçməyə çalışırıq.

Allah isə belə etmir; bilikdən imtahan etmir. Başımıza gələn hadisələrin qarşısında nə cür rəftar etdiyimizə baxır, reaksiyalarımızı ölçür. Deməli, Allah Təala bu imtahanın ssenarisini əlbəttə ki, qabaqcadan hazırlayır. Lakin əsl imtahan bu deyil. Əsl imtahan həmin ssenari daxilində öz rolumuzu oynadığımız vaxt müvəffəq olub olmamağımızla əlaqədardır. İmtahan budur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.