Müsəlmanlar

İslama əsasən dövlət banklara faiz qadağası qoya bilər?

Sual: Dövlət banklara faiz qadağası qoya bilər? Din buna icazə verir?

Cavab: Türkiyədə 2005-ci ilə qədər maliyyə-finans təşkilatlarının faizli əməliyyatlar aparmağı qadağan idi. 2005-ci ildə isə yeni bir qanun çıxdı. Beləcə, bu qurumlar əgər istəsələr, 100 % faiz alıb verə bilmək səlahiyyətinə malik oldular. Yəni, adi bankların bütün səlahiyyətləri iştirak banklarına da verildi. Onların lehində olmaqla, haqsız rəqabət şəraiti də yaradıldı. Onların yığdıqları pullara da iştirak hesabı adı verildi. Yəni, bunun müqabilində hər hansı bir şey ödəmirlər. Lakin o pullardan istifadə məsələsində bu qurumlara hər növ səlahiyyət verildi; o cümlədən də, faizli əməliyyatlar aparmaq səlahiyyəti.

Bu qurumlar sadaladığım “nemət”lərin heç birinə etiraz etmədilər. Lakin bilməlidirlər ki, həm bu dünyada, həm də axirətdə bunun haqq-hesabını çox ağır formada ödəməli olacaqlar. Mən onlara bu məsələdə tez-tez xəbərdarlıq edirəm, indi də eyni xəbərdarlığı təkrar edirəm! Oyanan oyanar, qafil olan da qəflətdə qalar.

İndiki dövrdə bütün dünyada dövlətlər birjalara müdaxilə edirlər.

Bunu dini cəhətdən qadağan etmək mümkündür. Çünki faizli əməliyyatlar cəmiyyətin bütün təbəqələrinə təsir edir. Yəni, bu, 2 nəfərin arasında qalan bir məsələ deyil. Ona görə də dövlət bunu qadağan etməlidir.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.