Sual: Nevroz, sara (epilepsi) xəstələrinə Quran oxunması və ya dua edilməsi barədə nə deyə bilərsiniz? Belə xəstələrin bəzilərinə cin girdiyini deyirlər.
Cavab: Biz insanlara cin girdiyini və çıxdığını isbat edə bilmərik. Cin çıxarma ilə məşğul olanların Quran oxuyaraq cin çıxardıqlarını çox eşitmişik. Ancaq bu işi qazanc mənbəyinə çevirənlərin, ağlına gələn şeyləri oxuyaraq insanları istismar edənlərin tələsinə düşməmələrini də tövsiyə edirik. Belə xəstələrin edəcəyi ən doğru iş; bir həkimə gedib müalicə olunmalı, ya da öz-özünə dua etməli, mənasını başa düşərək Quran oxumalı, oxuya bilmirsə də dost-tanışlarından birinə oxutmalıdırlar.
Bu barədə ətraflı məlumat üçün saytımızın digər linklərinə də müraciət edin:
http://www.muselmanlar.com/fitvalar/345.html
http://www.muselmanlar.com/fitvalar/349.html
http://www.muselmanlar.com/fitvalar/343.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.