Müsəlmanlar

Lizinq sistemi nədir?

Sual: Lizinq nə deməkdir? Bu sistem İslam dininə əsasən məqbul hesab olunur?

Cavab: Lizinq bir növ kirayələmə deməkdir. Buna bizim dilimizdə maliyyə kirayəsi də demək mümkündür. Bu sistemlə əlaqədar ətraflı məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/4522.html

http://www.muselmanlar.com/fitvalar/1097.html

Bu növ kirayəyəvermə-götürmə isə bir kredit əməliyyatı deyil; vədə ilə al-ver deməkdir. Bu səbəbdən indiki dövrdə ənənəvi banklar dediyimiz qurumlar lizinq əməliyyatı ilə məşğul ola bilmirlər. Çünki bu, əslində (ona nə qədər maliyyə kirayəsi deyilsə də) bir malı almaq və satmaq deməkdir. Hər bankın nəzdində əlavə bir ticarət şirkəti olmağının səbəbi də budur. Təbii ki, həmin şirkətin sahibi yenə müvafiq bankdır; lakin şirkət özü bank deyil. Şirkət lizinq şirkətidir: Bir malı satın alır və kirayəyə verir.

Misal üçün, bir nəfər 100 kvadrat metrlik bir mənzil almaq istəyir. Buradakı məntiq belədir:

Mənzil sahibi olmaq istəyən şəxs 100 kvadrat metrlik mənzilin ümumi dəyərinin 30%-ini nəğd ödəyir. Artıq bu nisbət onundur. Yerdə qalan 70% isə lizinq şirkətinindir. Bu halda mənzil sahibi olmaq istəyən şəxs 70 kvadrat metrin kirayəsini ödəyir. Ay başa çatdıqda ödədiyi 5 kvadrat metr də o şəxsin olur. Artıq o, yerdə qalan hissənin – 65 kvadrat metrin kirayəsini ödəyir. Bu hal bu cür davam edir. İş başa çatdıqda, yəni, şəxs pulun hamısını ödədiyi vaxt qanuna əsasən müvafiq qəbzi əldə edir.

Bir sözlə, lizinq əməliyyatı qaydalara əsasən həyata keçirildikdə dini cəhətdən problem olmur; məqbul hesab edilir. Bununla belə, bu cür müqavilələrdə çox ehtiyatlı olmaq lazımdır. Əvvəllər bu sahədə çox ciddi problemlər ortaya çıxırdı. Müqavilə mətnlərində insanları çətinliyə salan hökmlər olurdu. Hal-hazırda isə bu cür müqavilələrin nə cür tənzimləndiyini dəqiq bilmirəm.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.