Sual: Qurban kəsiləndə yanında olmaq lazımdır? Mən qurbanımı ac, möhtac olanlara bağışlamaq istəyirəm. Bunu necə edim?
Cavab: Qurban kəsiləndə yanında durmaq daha yaxşıdır. Bu əhval-ruhiyyəni yaşamağın ayrı bir gözəlliyi vardır. Yanında olma imkanı olmayanlar (səfərdə və ya xəstə isə) vəkalətlə də qurbanlarını kəsdirə bilərlər. Son vaxtlarda bu vəkalətin sahəsi daha da genişlənərək xeyriyyə fondları tərəfindən qonşu ölkələrə, ac, yurdsuz-yuvasız və bir çox imkansız yerlərə çatdırılır.
Nəticə olaraq, qurban bayramında yerinə yetirəcəyiniz ən gözəl iş imkanı olanların kəsəcəkləri qurbanlarının yanında olması və başqa yerlərdəki imkansızlara da xeyriyyə fondları vasitəsilə ayrı bir qurban göndərməsidir. Necə ki, Rəsulullah əleyhissəlamın çox vaxt birdən artıq heyvanı, “birini öz adından, digərini də ümmətinin adından”– qurban etdiyi bildirilir. ((İbn Macə, Kütubi-sittə, 17-ci cild, s. 409, 938-ci hədis.))
Ətraflı məlumat üçün saytımızın aşağıdakı linklərinə də müraciət edin:
http://www.muselmanlar.com/fitvalar/4974.html
http://www.muselmanlar.com/fitvalar/4976.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.