Müsəlmanlar

Atam molla kəbininə ziddi gedir. Yenə də ondan icazə almalıyam?

Sual: Deyirlər ki, valideyninin icazəsi olmadan molla kəbini kəsdirən qızın kəbini etibarsızdır. Lakin mənim atamım icancı yoxdur və molla kəbininə də qarşı çıxır. Nişanlım rəsmi kəbinlə birgə molla kəbini də istəyir. Bu halda mənim kəsdirəcəyim molla kəbini etibarsız olacaq?

Cavab: Kəbində əsas məsələ nəzarətdir. Bu nəzarət-kontrol indiki dövrdə rəsmi kəbin vasitəsilə qanuni olaraq yerinə yetirilir. Müvafiq dövlət orqanında rəsmi kəbininizi kəsdirdikdən sonra atanız icazə verməsə də, molla kəbini kəsdirə bilərsiniz.

Ailənin icazəsi olmadan etibarsız olan kəbin rəsmi kəbin də olmayan, yəni, heç bir dövlət orqanı tərəfindən nəzarət edilməyən və sadəcə olaraq qız-oğlan və iki şahidin olduğu kəbindir. Bu səbəbdən sizin rəsmi kəbindən sonra kəsdirəcəyiniz molla kəbini də etibarlı hesab olunur.

http://www.muselmanlar.com/fitvalar/2985.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.