Müsəlmanlar
Quranı nüzul cərgəsinə əsasən başa düşməyə çalışmaq düzdür?

Quranı nüzul cərgəsinə əsasən başa düşməyə çalışmaq düzdür?

Sual: Quranın məhz Quranla başa düşülməsi metoduna baxmayaraq surə və ayələri nüzul ardıcıllığına əsasən başa düşməyə çalışmaq barədə nə deyərdiniz?

Cavab: Əgər bu Qurani-Kərim (əlindəki Quran kitabını göstərir) nüzul sırasına əsasən olsaydı, Allah Təala onu o cür yazdırar və hər bir surə və ayənin yanında nüzul (nazil olunma) tarixini qeyd etdirərdi. Quran budur! Bizim: “Filan surə filan tarixdə filan yerdə nazil edilib, filan ayə filan vaxt enib, bu əvvəl, o biri isə sonra nazil olub” deməyə haqqımız yoxdur. Biz bu kitabın necə deyərlər, hamısından məsuluq.

Bəziləri deyirlər ki, biz hal-hazırda Məkkə dövrünü yaşayırıq. Onlara demək lazımdır: “Bəs Mədinə dövründə enən ayələr? Elə isə gedin, bunun hesabını Allaha çox çətin verərsiniz!”

Biz müsəlmanlar bütün Qurana əsasən cavabdehlik daşıyırıq, hansısa bir ayrı-seçkilik yoxdur.  Nüzul sırasını əsas tutmaq istəyənlərin də əlində bir meyar yoxdur.  Məgər əllərində mötəbər bir sənəd-sübut var? Təbii ki, yoxdur.

Elə isə belə demək əslində Quranı öz həyatından çıxarmaq deməkdir; bu, həmin fiikrin başqa yolla ifadə edilməsidir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.