Sual: Mən örtünmək istəyirəm, ancaq ailəm bunun üçün çox kiçik olduğumu deyir. 14 yaşım var, bu qərarı vermək üçün kiçik olduğumu düşünmürəm. Ailəmin razılığı olmadan örtünsəm, mənfi bir reaksiya ilə üzləşəcəyimi də bilirəm. Əslində bunu o qədər də böyük bir məsələ halına gətirmirəm. Bununla belə, ailə üzvlərimizin xətrinə dəymək də istəmirəm. Onlarla bir neçə dəfə danışdm, amma müsbət bir nəticə ala bilmədim. Bu vəziyyətdə nə etməliyəm?
Cavab: Yetkinlik yaşına gələn müsəlman bir gənc qız örtünməyə məcburdur. O andan etibarən dinin bütün əmr və qadağalarına cavabdehdir. Bu yaşdan sonra ata və ananın dinin əmr etdiyi məsələlərdə sizə qadağa qoymağı düz deyil, səhvdir. Lakin onlara bu vəziyyəti yaxşıca izah etməlisiniz. Örtünmək (təsəttür) ilə əlaqədar ayələri onlara oxumalı və bu ayələrin yetkinlik çağına gəlmiş olan bütün gənc qızları və qadınları əhatə etdiyini başa salmalısınız.. Allahın əmrlərini yerinə yetirmək mövzusunda ata və anannın uşaqlarına dəstək olmalı olduğunu da izah etməlisiniz.
Bu mövzuyla əlaqədar saytımızda (HİCAB bölməsində) bir neçə yazı var, onları ana və atanızla bərəbər oxuyun. Onlar etiraz etsələr də, siz Allahın əmr etdiyi məsələlərdə qəti və qərarlı olmalısınız. Sizdəki qəti qərarı görüb vaxt keçdikcə onlar da sizi başa düşəcəklər və təqdir edəcəklər.
Bir də ana və atanızla birlikdə Quranın 31-ci surəsinin (Loğman) 13-19-cu ayələrini oxumağınızı tövsiyə edirik. Orada ata ananın uşaqları ilə bu kimi məsələlərdə necə rəftar edəcəyi barədə ayələr var.
Hicab və təsəttürlə əlaqədar ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/hicab-tesettur
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.