Müsəlmanlar
Diş dolğusu və dişlərə körpü geyindirmək

Diş dolğusu və dişlərə körpü geyindirmək

Sual: Son vaxtlarda stomatologiya sahəsində iki sağlam dişin arasındakı boşluqları farfor, xrom və sairə kimi şeylərdən hazırlanan dişlərlə doldururlar. Bu məqsədlə iki sağlam dişə qapaq geydirilir və araya yerləşdirilən diş sabit hala gətirilir. Bu, körpü adlandırılır. Görəsən Hənəfi məzhəbinə əsasən bu cür diş düzəltdirmək olar?

Bəli, düzəltdirmək olar (İbn Abidin, Rəddul-muxtar aləd-dürril-muxtar haşiyəsi, Amirə mətbəəsi, İstanbul, 1984, V cild, s. 318).