Müsəlmanlar
Təşriq təkbirləri həzrəti İbrahimin dövründə başlayıb?

Təşriq təkbirləri həzrəti İbrahimin dövründə başlayıb?

Sual: Təşriq təkbirləri nə vaxt başlayıb? Deyirlər ki, İbrahim peyğəmbərin dövründə oxunmağa başlayıb. Düzdür? Əlavə olaraq, həzrəti İbrahimin İsmayılı qurban edəcəyi yer Məkkə idi, yoxsa Qüdsdə yerləşən Məscidi-Əqsa?

Cavab: Həmin təkbirlərin İbrahim əleyhissəlamla başlamağı o qədər də məntiqli deyil. Çünki bütün peyğəmbərlər eyni əmrləri veriblər. İbrahim əleyhissəlamın dövründə də bu, ola bilər. Həmişə də olmuşdur; təkcə İbrahim peyğəmbərə məxsus bir hal deyil. “Allahu əkbər, Allahu əkbər. La ilahə iləllah. Allahu əkbər, Allahu əkbər. Və lillahi-l-həmd (Allah ən böyükdür. Ondan başqa ilah yoxdur. Allah ən böyükdür, Allah ən böyükdür. Bütün həmdu-səna Allaha məxsusdur).” cümlələri çox gözəl bir zikrdir. Yəni, mən bu zikri dilə gətirməyən bir mömin ola biləcəyini güman etmirəm.

Qurandan məlum olur ki, İbrahim əleyhissəlam oğlu İsmayılı anası Həcər ilə birlikdə Məkkədə qoyub. İsmayıl əleyhissəlamın oradan başqa bir yerə getdiyinə dair bir rəvayət də yoxdur. Elə isə onun qurban edilməsi əhvalatı da orada baş verməli idi. Ki, bu, Kəbənin yanında da ola bilər, Minada da. Minada olduğuna dair hədis rəvayətləri var. Mən bunların nə dərəcədə səhih (mötəbər, düzgün) olduğunu bilmirəm. Ayələr baxdıqda isə hər iki yerdə də ola biləcəyini başa düşürük. Çünki hər ikisi də Hərəm bölgəsinə daxildir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.