Müsəlmanlar

Ramazan və bayram hilalları

Sual: Müsəlmanların Ramazana və bayrama eyni gündə başlamadıqlarını görməkdəyik. Bunun səbəbi nədir?

Cavab: Bir çox mövzularda olduğu kimi bu mövzuda da ixtilafların ana səbəbi; müsəlmanların rəsulullahın söz və tətbiqatlarının Qurana əsaslandırdığı həqiqətini göz ardı etmələridir. Quran ölçünü (hesabı) əmr etməkdədir. Allah Təala belə buyurur:

الشمْسُ والْقمرُ بِحُسْبانٍ

“Günəş və ay ölçü (hesab) ilədir.” (Rahmən, 55/5.)

هُو الذِي جعل الشمْس ضِياء والْقمر نُورًا وقدرهُ منازِل لِتعْلمُواْ عدد السنِين والْحِساب ما خلق اللهُ ذلِك إِلا بِالْحق يُفصلُ الآياتِ لِقوْمٍ يعْلمُون

“Günəşi parlaq, ayı nurlu edən Odur. İllərin sayını və hesabı biləsiniz deyə ona mənzillər təyin etmişdir. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən cəmiyyətlər üçün izah edir.” (Yunus, 10/5.)

والقمر قدرناه منازِل حتى عاد كالعرجونِ القدِيمِ

“Aya da, quru xurma sapına dönənə qədər mənzillər təyin etdik.” (Yasin, 36/39.)

Ziya, günəş şüası; nur da bir qaynaqdan gelen işıqdır. Ay isə işığını günəşdən alır.

Mənzil, enmə yeri və zamanı deməkdir. Günəş şüalarının və aydakı aydınlığın bizə gəlmə bucağını ifadə etməkdədir. Zaman hesabları da o bucaqlara görə təyin edilir.

Ay, “mənzillərlə” təyin edildiyi üçün qəməri təqvim o bucaqlara görə hesablanmalıdır.

[1]

Ay, şəkildə görüldüyü kimi dünya ilə günəş arasında olduğu üçün onun aydınlıq tərəfini görə bilmərik. Günəşə baxan tərəfinin bizə açdığı bucaq dəyişdikcə ayı; Hilal, ilk yarımay, dolunay, son yarımay və köhnə hilal şəklində görürük. Hesabı da ona görə təyin edirik.

Allah Təala, bilən bir qrupa şərh etdiyi üçün o qrup olmadan ayələrdəki vaxt hesabları yerinə yetirilə bilməz. Nəbimiz öz dövründə belə bir qrup olmadığı üçün belə demişdir:

“إنا أمة أمية لا نكتب ولا نحسب…” “إذا رأيتم الهلال فصوموا وإذا رأيتموه فأفطروا فإن غم عليكم فصوموا ثلاثين يوما.”

“Biz ümmi bir cəmiyyətik; yazı yazmarıq, hesabat aparmarıq[2]…Hilalı görəndə oruc tutun, təkrar görəndə də orucu buraxın, hava bulutlu isə ayı otuza tamamlayın.[3]

Artıq mütəxəsislərimiz olduğu üçün bir yeri mərkəz təyin edib hesablamalar aparmaq lazımdır. Oruca ikinci fecr ilə başlanıldığı üçün Məkkə mərkəzə alınmalıdır. Məkkədə ikinci fəcr doğana qədər dünyanın hər hansı bir yerində günəşin batmasından sonra batan hilalın görülməsiylə birlikdə yeni qəməri ayı başladılmalıdır.

Hesaba yönəlmək, qütb bölgəsində də yaşayan müsəlmanlar üçün bir məcburiyyətdir. Çünki orada bəzi zamanlarda günəş doğmamaqda, bəzən də batmamaqdadır. Günəşin batmadığı zamanlarda hilalı görmək mümkün deyildir.

Xülasə, ayələrdə insanlar müşahidəyə deyil, hesaba yönləndirilmişdir. Müsəlmanların Hesabı yerinə yetirəcək insanlar olmadığı yerdə Nəbimizin yeganə çarə olaraq tətbiq etdiyi üsulu yəni, hilalın çılpaq gözlə görülməsini yeganə yol sayıb əlaqəli ayələrə göz yumması qəbul edilməzdir.

 

 


[1] http://www.cografyaci.dostweb.com/ayevre.htm

[2] Müslim, Sıyâm, 1080 (15)

[3] Müslim, Sıyâm, 1081 (18-19)