Müsəlmanlar

Dəstəmaz aldıqda boğaza su getsə, oruc batil olar?

Sual: Dəstəmaz aldıqda bilmədən boğaza su getsə, oruc pozular?

Cavab: Orucu pozan amillər nəsə yemək, içmək və cinsi əlaqədə olmaqdır. Lakin orucun batil olmağı üçün bunlar şüurlu surətdə baş verməlidir. Başqa sözlə desək, bunlar qəsdən meydana gəlsə, oruc pozulur.

Əgər insan bunları qsədən deyil, oruclu olduğunu yaddan çıxartdığı üçün edirsə, orucu pozulmur. Mənbələrdə bu məsələ ilə əlaqədar qəti ifadələr var. Bu fikirlərin istinadgahı isə Bəqərə surəsinin 286-cı ayəsidir. Belə ki, Allah bizə orada bu cür dua etməyi öyrədir:

“Ey Rəbbimiz! Əgər unutsaq və xəta etsək, bizi qınama, məzəmmət etmə.”

Elə isə unutmaq ucbatından oruc pozulmursa, qəsdən baş verməyən hallarda da pozulmur. Yəni, səhvən baş verən hallarda oruc pozulmamalıdır.

Deməli, dəstəmaz aldıqda və ya gündüz (oruc) vaxtı qüsl etdikdə istəmədən-bilmədən boğaza gedən su orucu pozmur. Ona görə də başına belə bir hadisə gələn şəxs orucunu yeməməli, bu ibadətinə davam etməlidir. Ramazandan sonra orucu qəza etməyə də ehtiyac yoxdur. Çünki bu, qəsdən baş verən bir hal deyil.

Suala cavab verdi: Yahya Şenol ((İslam hüququ üzrə doktor, tədqiqatçı-alim.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.