Müsəlmanlar

Xəstə və ya səfəri olduğuna görə oruc tuta bilməyənlər nə etməlidirlər?

Sual: Ramazan ayında xəstə və ya səfər üstündə olduqlarına görə oruc tuta bilməyənlər nə etməlidirlər? Bu barədə hamı danışır və hər kəs bir söz deyir. Xahiş edirəm, bu məsələyə bir aydınlıq gətirin.

Cavab: Uca Allah Bəqərə surəsinin 184 və 185-ci ayələrində xəstə və səfəri olanların oruc tutmamağa dair icazəli olduqlarını bildirir. Bu şəxslər Ramazan ayında yerli-dibli – heç niyyət etmədən də oruc tutmaya bilərlər. Yaxud da başladıqları orucu poza da bilərlər. Yəni, deyək ki, bir şəxs oruc tutmağa niyyət edib. Günorta və ya ikindi (əsr) vaxtı xəstələnib, dərman qəbul etməlidir, o, bu halda orucunu poza bilər.

Səfər üstündə olmaq da belədir. Tutalım ki, bir nəfər orucludur amma elə olub ki, yola çıxmalıdır. Yol getməyin insana verdiyi zəhmətə görə o da öz orucunu poza bilər.

Xəstəlik və ya səfərilik ucbatından orucunu yerli-dibli tutmayan, yaxud da tutduqdan sonra pozmağa məcbur qalan şəxs bu orucları gününə gün olmaqla Ramazan ayından sonra və ən qısa bir vaxtda qəza etməlidir.

Bunun xaricində, yəni, tuta bilmədiyi orucu qəza etməkdən savayı verməli olduğu fidyə filan yoxdur. Çünki Quran ayələrində belə bir məqam yoxdur. Görməli olduğu yeganə iş tuta bilmədiyi orucu gününə gün qəza etməkdir.

Bir sözlə, xəstəlik və ya səfər səbəbi ilə tutula bilməyən oruc gününə gün qəza edilməlidir. Başqa bir variant yoxdur.

Suala cavab verdi: Yahya Şenol ((İslam hüququ üzrə doktor, tədqiqatçı-alim.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.