Müsəlmanlar
Müəllimin keçdiyi dərsi diktafon və ya kamerayla qeyd etmək olar?

Müəllimin keçdiyi dərsi diktafon və ya kamerayla qeyd etmək olar?

Sual: Mən tələbəyəm. Universitetdə keçdiyimiz bəzi fənn və dərslər çox çətindir. Misal üçün, elmin tarixi ilə əlaqədar bir dərsimiz var. Müəllimimiz bu sahənin mütəxəssisidir və çox yaxşı dərs keçir. Dərs vaxtı bizim bütün suallarımıza böyük səbrlə və ətraflı surətdə cavab verir. Lakin o çox məlumatlı olduğu üçün dərsdə çoxlu tarixi şəxsiyyət adı, elmi kəşflər, müxtəlif hadisələrdən danışır. Biz müəllimimizi çox sevirik. İstəyirik ki, onun mühazirələrini diktafon, telefon və ya kamera ilə qeyd edək. Sonra da tələbə yoldaşlarımız üçün imtahanlara hazırlaşmaq asan olsun deyə, bu materialları internetə qoyaq. Bu cür hərəkət etsək, dini cəhətdən düzgün olar?

Cavab: Xeyr, bunu həmin müəllimdən icazə almadan etmək olmaz. Bu məsələ həm dini cəhətdən, həm də adi əxlaq və davranış qaydaları baxımından düzgün deyil.

Əsas olan dərsi diqqətlə dinləmək, suallar soruşmaq, lazımi hallarda da dərslə əlaqədar mövzuları müəllimlə müzakirə etməkdir.

Bu məsələ ilə əlaqədar digər bir cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5805.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.