Sual: İslam dininə əsasən ümumi yerlərdə (küçə, park, xiyaban, yeməkxana, kitabxana, bazar, ticarət mərkəzləri, kinoteatrlar və sairə) başqalarının şəklini çəkib internetə qoymaq olar?
Cavab: Xeyr, olmaz. Çünki insanlar adətən öz şəkillərinin və ya görüntülərinin başqaları – yad şəxslər tərəfindən çəkilməyini istəmirlər. Belə bir cəhddən xəbər tutduqları vaxt buna etiraz edirlər. Ona görə də bir şəxsin icazəsi olmadan onun şəklini çəkmək olmaz. Ondan bunun üçün icazə almadan internetə yükləmək də olmaz. Bu, başqalarına hörmətsizlik və onların hüququnu tapdamaq deməkdir.
Dövlət əhəmiyyətli və strateji baxımdan əhəmiyyət kəsb edən obyektlərin şəkil və videolarını çəkmək isə bir qayda olaraq qadağandır.
Nəticə olaraq, yuxarıda qeyd edilmiş məqamlar mütləq nəzərə alınmalıdır.
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı keçidlərə də baxın:
http://www.muselmanlar.com/fitvalar/5627.html
http://www.muselmanlar.com/fitvalar/5475.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.