Müsəlmanlar
Bankların vəkili olmaq günahdır?

Bankların vəkili olmaq günahdır?

Sual: Bankların ala bilmədiyi borcları müsadirə yolu ilə ala bilməyi üçün onlara vəkillik etmək və hüquq xidməti göstərmək olar? Bunda dini cəhətdən bir eyib var?

Cavab: Bankların faizdənkənar borclarının alınması məsələsində vəkillik etmək olar. Lakin faizli borclarla bağlı məsələlərdə belə bir xidmət göstərmək caiz deyil; başqa sözlə, faizli əməliyyatlarda vəkillik etmək düzgün deyil.

Allah Təala buyurur:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona o işin savabından bir pay düşür. Kim də pis bir işə baiskar olsa, ona o pislikdən bir pay var. Allah hər şeyin əvəzini verir”. (Nisa, 4/85)

“Yaxşılıqda və pislikdən çəkinməkdə (təqvada) köməkləşin. Günah etmək və həddi aşmaqda (düşmənçilikdə) bir-birinizə kömək etməyin”. (Maidə, 5/2)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.