Sual: Qədərlə əlaqəli ağlıma gələn bir çox sualları və məsələləri dərsləriniz sayəsində başa düşdüm. Ancaq Allahın Tövbə surəsinin 51-ci ayəsindəki: “Allahın yazdıqlarından başqa başınıza heç bir şey gəlməz”- sözünü başa düşə bilmədim. Xahiş edirəm bu ayəni izah edin.
Cavab: Əlbəttə Allahın yazdığından başqa bir şey başımıza gəlməz. Ancaq nə vaxt yazılır? Bunu bilmək lazımdır. Hədid surəsi 22-ci ayədə Allah “Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu (müsibəti) yaratmamışdan qabaq Kitaba qeyd edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.” (Hədid, 57/22)
Allah Təala kitaba qeyd etmədən heç bir şeyi yaratmır. Bilavasitə Allahın qeydi, imzası olmadan heç bir şey həyata keçmir. Ondan ötrü biz Allaha dua edirik və bizə kömək olmasını istəyirik: “Ya Rəbb, bizə bu dünyada da axirətdə də yaxşılıq yaz.” (Əraf, 7/156)
Əzəldən yazılmış olsa, belə bir dua edilərmi? Bir şey başımıza gəlmədən əvvəl o anda yazılır. Ancaq onun anını biz hesab edə bilmərik. Bir anda milyonlarla hadisə olur. Allah üçün bunları idarə etmək çox asandır və yazmadan heç bir şey yaratmır. Yazdıqdan sonra bir şey olmaya və yaranmağa başlayır. Bəzi şeyləri isə Allah qərarlaşdırdığı üçün (lütuf və cəza olaraq) daha əvvəl də yazmış olur və müəyyən vaxt sonra həyata keçir. Məsələn: Rəsulullah əleyhissəlama Bədir döyüşünü qazanacağını (bir lütuf olaraq) xəbər vermişdir. Bəzi millətləri həlak etmək üçün mələklərini daha əvvəlcədən də göndərmişdir. Yerin və göyün yaranması 6 gündə olmuşdur. Bu Allahın acizliyindən deyil, elə təqdir etməsindəndir.
Allah Təalanın “kun” yəni “ol”– deməsi vardır ki, o zaman ol dediyi şey anında olmağa başlayır: “O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur”. (Ali İmran, 3/47)
Qədər məsələsi ilə əlaqədar ətraflı oxumaq üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/5139.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.