Müsəlmanlar
Səid Nursinin kitablarının dövlət tərəfindən nəşr edilməsi doğrudurmu?

Səid Nursinin kitablarının dövlət tərəfindən nəşr edilməsi doğrudurmu?

Sual: Din işləri nazirliyi tərəfindən Səid Nursinin kitablarının nəşr edilməsini necə dəyərləndirirsiniz?

Cavab: İnsanların çoxu elmsizlikdən başqalarının təsirinə düşürlər. İnsanı tanımadan və yazdıqlarını oxumadan onun haqqında hər hansı münasibət bildirməyimiz doğru deyildir.

Biz, Səid Nursi və kitabı haqqında heç bir şey demədən əvvəl onu özünün yazdığı kitabından sizə tanıdacayıq. O, özünün yazdığı “Risaləi Nur” kitabını belə təqdim edir:

“Quranın gizli həqiqətləri “Risaləi Nur” şəklində bizə nazil olmaqdadır. Quran vəhy dövründə peyğəmbərə nazil olduğu kimi, hər əsrdə risaləi nur Quranın ərşdəki yerindən bütün həqiqətlərilə bizə nazil olur. “Risləi Nur” nə şərq mədəniyyəti və elmindən nə də qərbin fəlsəfə və elmindən alınmış bir nurdur. O göydən nazil olmuş Quranın, şərqin də qərbin də üstündə olan ərşdəki yerindən alınmışdır.” ((Risalə-nur,1-ci Şüalar, 24-cü ayə və ayələr, 3 nöqtə.))

Səid Nursi bu sözlərilə “Risalə-nur”un ərşdən, Quranın nazil olduğu yerdən alındığını və Allahın son kitabı olduğunu iddia etməyə çalışmışdır.

Bu risaləni oxuyan nur tələbələrinin hər birinə “sizə görə Risaləi Nur Allahın son kitabımı?”- deyə soruşdum, heç biri “xeyr”- demədi.

Bütün bunları və buna bənzər yazdıqlarını nəzərə alarsaq, onun kitabının Din işləri nazirliyi tərəfindən nəşrinin vəbalının nə olduğunu siz fikirləşin…

Bu barədə aşağıdakı linkə də müraciət edin:

http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/547.html

QEYD: Bu sayt saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.