Müsəlmanlar
Tövrat və İncildə xüsusi bir isim kimi Allah sözü var?

Tövrat və İncildə xüsusi bir isim kimi Allah sözü var?

Sual: Allah sözü Quranda dəfələrlə qeyd edilir. Bu, yaradıcının xüsusi adıdır. Lakin Tövrat və İncildə yaradıcının xüsusi adı kimi Allah sözü işlədilmir. Nə üçün?

Cavab: Allah Ərəblərin işlətdikləri bir isimdir. Yəni, bütün dillərdə yaradıcıya Allah deyilməsi şərt deyil. İnsanlar bir araya cəm olub: “Gəlin, yaradıcıya Allah deyək, Ona bir ad qoyaq”, – deyə, bir qərar qəbul etmirlər ki! Hamının özünə görə bir adlandırması var. Belə ki, bəzi insanlar öz dillərinə əsasən yaradıcı haqqında Tanrı, biri İlah, bəziləri Deu, bəziləri Xuda, bəziləri Yezdan, bəziləri God və sairə kimi sözlər işlədirlər.

Bir sözlə, hamı bu məsələdə öz dilindən hərəkət edir. Burada mühüm olan onun işlətdiyi sözlə nəyi nəzərdə tutmasıdır. Siz tutalım ki, Quranı Ərəb dilində (orijinaldan) oxuyursunuz və yaradıcıya Allah deyirsiniz. Səbəbi çox açıqdır: Çünki Quranda Allah Özündən Allah deyə, bəhs edir.

Nəticə olaraq, hamının yaradıcı haqqında eyni sözü işlətməyi mütləq bir şərt deyil.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu sualla əlaqədar olaraq aşağıdakı qısa cavablarla da tanış olun:

http://www.muselmanlar.com/fitvalar/796.html

http://www.muselmanlar.com/fitvalar/794.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.