Sual: Loğman surəsinin 15-ci ayəsində deyilir ki, mənə üz tutanın yoluna tabe ol. Buna əsasən alimlərə və məzhəb imamlarına tabe olmaq lazımdır? Belə bir hökm vermək olar? Ümumiyyətlə, elm və səmimiyyətinə etibar etdiyimiz alimlərimizin bizim həyatımızdakı yeri necə olmalıdır?
Cavab: Düzünü öyrənənə qədər düz olanı etdiyinə inandığınız alimlərə təbii ki, tabe olmaq olar. Biz də bu gün eyni işi görürük. Belə ki, səhvlər üzə çıxıb məlum olana qədər məzhəblərdən birinin düzgün olduğuna qənaət gətirdiyimiz fikirlərini əsas tuturuq. Başqa əlac da yoxdur. Yəni, “filan şəxs bu məsələdə səhvə yol verməz” kimi bir qənaətə gəlirsiniz və onun həmin fikrinə bu mənada tabe olursunuz. Lakin onun səhvi üzə çıxdığı vaxt onun arxasından getməyə davam etsəniz, qəbahət və təqsir olar. Bu da Allahın yolundan başqasının yoluna uymaq deməkdir. Çünki, ayədə “Mənim yoluma uyanlara tabe ol!” buyurmaqdadır. Digər buna bənzər ayələrdə də: “Allahın yoluna uyanlarla bərabər ol”, “Salihlərlə bərabər ol”– deyə də ayələr var. Qısacası, biz də onlarla birlikdə Allahın göstərdiyi yola tabe olmalıyıq.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
http://www.muselmanlar.com/fitvalar/mezhebler
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.