Müsəlmanlar
Hud 106-108-ci ayələrə əsasən Cənnət və Cəhənnəmin bir axırı var?

Hud 106-108-ci ayələrə əsasən Cənnət və Cəhənnəmin bir axırı var?

Sual: Siz bir çox ayədə qeyd edildiyi kimi, Cənnətdə ölümsüz-əbədiyyən qalacağımızı bildirirsiniz. Görəsən, Hud surəsinin 106-108-ci ayələri həmin ölümsüzlüyün də bir axırının olduğunu göstərir? Bu məsələni necə qiymətləndirirsiniz?

Cavab: Qeyd etdiyiniz ayələr aşağıdakı kimidir:

“Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada fəryad qoparacaq və zarıyacaqlar.

Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir sovqatdır.”

Həmin ayələrin birində “göylər və yer durduqca” ifadəsi var. Bu da bunun bir axırının olacağını deyil, davam edəcəyini göstərir.

Quran ayələrini düzgün başa düşmək üçün endirilən ayələrin o cəmiyyətdə nə kimi mənalar daşıdığını bilmək lazımdır. Çünki Allah İbrahim surəsinin 4-cü ayəsində bildirir ki, hər cəmiyyətə o cəmiyyətin öz dili ilə bir elçi göndərib.

Odur ki, “göylər və yer durduqca bu iş davam edəcək” deyən bir şəxs bunun əbədi olduğunu nəzərdə tutur. Məsələ bundan ibarətdir.

Əgər Rəbbin bir istisna etsə, bu, ayrı məsələ. Allahın istisna etməyəcəyini isə başqa ayələrdən bilirik.

Əbədi sözü üçün də eyni şeyləri demək olar. “Mən əbədiyyən sənin evinə gəlməyəcəyəm” deyən bir insan ölənə qədər gəlməyəcəyini demək istəyir.

Nəticə olaraq, Qurandakı sözlərin mınasına xüsusi diqqət yetirmək və onları o tərəf-bu tərəfə çəkib fərqli mənalarla yükləməmək lazımdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.