Sual: İnsanlarda Allaha iman gətirmək anadangəlmə olur, yoxsa bu, kəsbidir (sonradan qazanılan)?
Cavab: Anadangəlmə deyil, sonradan əldə olunur. İnsanlar heç bir məlumata malik olmadan doğulurlar. Quranda bu barədə belə deyilir:
“Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz.” (Nəhl, 16/78)
İnsanlar doğulduqdan sonra Allahın kainatda yaratdığı ayələri müşahidə edərək nəsə öyrənirlər. Məhz bu səbəbdən kiçik uşaqlar ətraf mühiti dərk etməyə başladıqdan sonra valideynlərindən Allahla əlaqədar suallar soruşurlar. Həddi-büluğ dövrünə çatdıqdan sonra isə artıq bu cür suallar soruşmurlar. Çünki onlar o dövrdə artıq Allahın varlıq və birliyi məsələsində qəti bir qərara gəlirlər.
Bunu müəllimlər çox yaxşı bilirlər. Xüsusilə də ibtidai sinif müəllimləri.
Allah Təala hər bir insana: “Mən sənin Rəbbin deyiləmmi?”, – deyə sual yönəldir və ondan: “Bəli!”, – cavabını alır.
Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))
Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazı ilə də tanış olun:
http://www.muselmanlar.com/muzakire-ve-mubahiseler/4915.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.