Müsəlmanlar

Oğlan uşağına Oğuz adı qoymaq olar?

Sual: Bizim 1 oğlumuz doğulub. Ona Oğuz adı qoymaq istəyirik. Bu məsələdə dini cəhətdən bir eyib var?

Cavab: Oğuz adının aşağıdakı kimi mənaları var:

1) Sağlam, möhkəm, güclü cavan.

2) Təmiz ürəkli dost, yaxşı dost.

3) Kənd adamı, kəndli.

4) Naşı, təcrübəsiz şəxs.

5) Türk xalqının ən böyük boylarından birinin və həmin boydan olan insanların adı.

Məlum olduğu kimi, bu adın dini cəhətdən bir eybi yoxdur. Odur ki, uşaqlara belə ad qoymaq olar.

Adlarla bağlı ətraflı məlumatla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/adlar

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.