Müsəlmanlar
İmtahanda Qurana zidd olan bəndi seçmək olar?

İmtahanda Qurana zidd olan bəndi seçmək olar?

Sual: Mənim sualım xüsusi bir məsələ ilə əlaqədardır. Belə ki, din işləri idarəsi tərəfindən hər 2 ildən bir attestasiya imtahanı keçirilir. Dini sahədə işləyən dövlət məmurları bu imtahanların nəticələrinə əsasən təyin olunur. Axırıncı imtahan da test üsulu ilə keçirildi. Orada belə bir sual var idi: “Fitr sədəqəsinin hökmü nədir?” Cavablar belə idi: “Fərz, vacib, müstəhəb, sünnə” Əslində burada 2 cavab qoyulub! Biri Qurana əsasən düşünülüb, digəri isə həmin imtahanı keçirən dini idarənin iradəsinə əsasən! Mən və ya başqa bir müsəlman bu kimi hallarda necə hərəkət etməlidir? Cavabı Qurana əsasən verməliyik, yoxsa o suala verilən cavabdan bal almaq üçün onların istədiyi kimi?

Cavab: Dini həqiqətləri insanlara izah etdiyiniz vaxt Qurana əsaslanın. Həqiqətləri onlara Qurana əsasən çatdırın. Əsas məsələ bundan ibarətdir.

İmtahandakı suala gəldikdə, necə olsa, düzgün cavabı – Qurandakı cavabı bilirsiniz. İmtahanı təşkil edən qurum verdiyiniz cavablara öz istədiyi cavaba əsasən qiymət-bal verir. Odur ki, o sualın cavabları arasında dini işlər üzrə idarənin istədiyi bəndi işarələmək olar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.