Müsəlmanlar
İmtahanda kimdənsə köçürmək olar?

İmtahanda kimdənsə köçürmək olar?

Sual: Hansısa bir imtahanda kimdənsə köçürmək, yaxud da kimə isə köçürmək məsələsində kömək etmək olar? İslamda buna necə baxılır?

Cavab: Qətiyyən olmaz! Bu, həm əxlaqi cəhətdən, həm də dini-dünyəvi qanunlar baxımından qəti surətdə qadağandır.

İnsan hər şeydən əvvəl hər şeyi öz əmək və zəhməti ilə əldə etməli, başqalarının haqq-hüquqlarını heç vaxt və heç bir şəraitdə tapdamamalıdır.

İmtahanda kimdənsə köçürməyin və ya kimə isə kömək etməyin həm fərdi mənada, həm də ictimai miqyasda çox böyük fəsadları var. Çünki imtahana lazımınca hazırlaşmadan onda “müvəffəq” olmaq və sonra da hansısa bir vəzifə və işə yiyələnmək qəbuledilməz bir hərəkətdir. Bu əməlin nəticələri haqqında daha çox danışmaq olar; lakin bu, dünyanın hər yerində hamı tərəfindən çox yaxşı bilindiyi üçün artıq sözə ehtiyac görmürük.

Nəticə olaraq, imtahanlarda kimdənsə köçürmək və ya kimə isə kömək etmək İslam dininə, eləcə də, bütün bəşəri qanunlara əsasən düzgün deyil. Bu, təbiət və xarakeri korlanmamış hər bir insanın vicdanını da narahat edən bir haldır.

 Hər bir fərd müsəlman olub olmamasından asılı olmayaraq bu məsələdə mübarizə aparmalı, bu cür bəd əməllərlə məşğul olanlara xəbərdarlıq etməli, onların müvafiq qaydada cəzalandırılması üçün müvafiq şəxs və orqanlara məlumat verməlidir.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazıları oxumağınızı tövsiyə edirik:

http://www.muselmanlar.com/fitvalar/bendenin-haqqi

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.