Müsəlmanlar
Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz?

Süd bankı təsis etmək barəsində nəyə əsasən təkid edirsiniz?

Sual: Sizin saytınızda süd bankı təsis etməklə əlaqədar bir fitva var. Orada deyilir ki, süd bankı qurmaq olar. Məlumdur ki, süd bacı-qardaşlarının bir-biri ilə evlənməyi haramdır. Elə isə əgər bir süd bankı qurulsa, oradan süd alıb əmən uşaqlar böyüdükləri vaxt kimin bacısı və ya qardaşı olduğunu nə cür biləcəklər? Onların bilmədən bir-birilə evlənmək ehtimalı da var. Siz buna nə deyirsiniz?

Cavab: Körpələri süd anasına vermək və həmin qadına bunun müqabilində müəyyən haqq verilməsi İslam dininə görə caizdir. Yəni, bunda bir problem yoxdur.

Allah bu məsələ ilə əlaqədar olaraq belə buyurmuşdur:

“Onlara (gözləmə müddətləri başa çatanadək) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin (o yeri onların başına dar etməyin). Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onlara (malınızdan) xərcləyin. Sizin üçün uşaq əmizdirirlərsə (boşanan qadının uşağı əmizdirmək məcburiyyəti yoxdur), onların haqqını verin. Öz aranızda xoşluqla razılığa gəlin. Bir-birinizi çətinliyə salsanız, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin.” (Talaq, 65/6)

Süd əmmək-əmizdirməkdən irəli gələn evlənmə qadağası isə Quranda belə bildirilir:

“Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, öz belinizdən gələn oğullarınızın arvadları (ilə evlənmək) və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nisa, 4/23)

Ona görə də anası olmayan, yaxud da olduğu halda südü olmayan/tapa bilməyən körpələrin süd anaya verilməsi kimi münasib, hətta zəruri bir iş “gələcəkdə güman ki, süd qohumları bir-biri ilə evlənəcəklər” formasında bir ehtimala əsasən haram olmur. Bundan söhbət gedə bilməz.

Həyata keçirilməsi planlaşdırılan layihənin tamamilə əleyhinə olmaqdansa, bu prinsiplərə xüsüsi diqqət yetirmək lazımdır:

1) Hansı qadının südü hansı körpəyə veriləcəyi qeyd olunur:

2) Süd əmən körpələrlə süd analarının arasında sevgi-məhəbbət əlaqəsi yaranır.

Süd bankı ilə əlaqədar ətraflı məlumatla tanış olmaq üçün aşağıdakı keçidlərə baxın:

http://www.muselmanlar.com/fitvalar/5215.html

http://www.muselmanlar.com/fitvalar/5141.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.