Müsəlmanlar
Taksi şoferinin biədəb işlər görən kliyentlərə münasibəti necə olmalıdır?

Taksi şoferinin biədəb işlər görən kliyentlərə münasibəti necə olmalıdır?

Sual: Mən Almaniyada taksi şoferi işləyirəm. Bəzən elə olur ki, bir fahişəni işlədiyi yerə aparıram. Bəzən də kliyentləri içki içilən və biədəb işlər görülən yerlərə aparmalı oluram. Mənim bu məsələdə bir cavabdehliyim varmı? Varsa, nədən ibarətdir? Yoxsa mən: “Əşi, mənə nə? Mən şofer babayam, bütün bunlar məni maraqlandırmır, özləri bilərlər” deməliyəm? Ümumiyyətlə belə bir şəraitdə taksidə işləmək haram ola bilər?

Cavab: Sərnişinin getmək istədiyi yerin nə cür bir yer olduğunu bilmək taksi sürücüsünü sərnişinin gördüyü biədəb işlərə görə cavabdeh hala gətirmir. Bununla belə, əgər həmin yerdə dinə müvafiq olmayan işlərin baş verdiyini dəqiq bilirsə, eyni zamanda sərnişinin oraya biədəb işlər görmək məqsədilə getdiyini bilirsə, bu halda o işə yardım göstərməmək lazımdır.

Allah belə buyurur:

“Kim yaxşı bir işə vasitəçilik etsə, ona o işin savabından bir pay düşür. Kim də pis bir işə baiskar olsa, ona o pislikdən bir pay var. Allah hər şeyin əvəzini verir”. (Nisa, 4/85)

“Yaxşılıqda və pislikdən çəkinməkdə (təqvada) köməkləşin. Günah etmək və həddi aşmaqda (düşmənçilikdə) bir-birinizə kömək etməyin”. (Maidə, 5/2)

Əgər başqa bir alternativ yoxdursa, bu işdən götürülən qazanc kasıb insanlara verilməli, beləcə, əldən çıxardılmalıdır.

Suala cavab verdi: Servet Bayındır (hüquqşünas-iqtisadçı, İstanbul Universitetinin dosenti, Türkiyə)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.