Müsəlmanlar
Götürülən uşaq götürənə məhrəmdir, yoxsa naməhrəm?

Götürülən uşaq götürənə məhrəmdir, yoxsa naməhrəm?

Sual: Övladlığa götürülən uşaqlar böyüyüb ərsəyə gəldikləri vaxt onları övlad götürənlərə naməhrəm olurlar? Tutalım ki, bir kişi bir qız uşağını övladlığa götürüb. Uşaq böyüyüb həddi-büluğa çatıb. O qız həmin kişiyə ərə gedə bilər, ya yox?

Cavab: Bu sualın cavabı Quranda açıq-aydın bir formada verilmişdir:

“Allah bir adamın daxilində iki ürək yaratmamışdır. Allah (anaya bənzədərək) özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmişdir.

(Allah) Sizin övladlığa götürdüklərinizi doğma oğullarınız olaraq qəbul etmədi. Onları atalarının kim olduqlarını bildirərək çağırın. Allah yanında ən doğru olan budur. Onların atalarının kim olduqlarını bilmirsinizsə, onlar sizin din qardaşlarınız və dostlarınızdır.

Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!

(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab, 33/4-5)

Göründüyü kimi, ayələrin hökmü açıqdır. Ona görə də övladlığa götürülən uşaq onu götürənə yad hesab olunur. Arada evlənməyə dair bir qadağa yoxdur. Qızdırsa, onu götürən kişiyə ərə gedə bilər. Əgər oğlandırsa, onu övladlığa götürən qadınla evlənə bilər.

Bu məsələyə dair ətraflı məlumat almaq üçün aşağıdakı keçidlərə də nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/404.html

http://www.muselmanlar.com/fitvalar/2236.html

http://www.muselmanlar.com/fitvalar/4960.html

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.