Müsəlmanlar

Ramazan ayında doğulan uşağa Ramazan adı qoymaq lazımdır?

Sual: Bizim bu Ramazan ayında 1 oğlan uşağımız doğuldu. Ona qabaqcadan bir ad fikirləşmişdik. Ancaq qonum-qonşu deyir ki, uşaq Ramazan ayında doğulub. Ona görə də ona mütləq Ramazan adı qoymaq lazımdır. Bu söz nə dərəcədə düzgündür? Məgər İslam dinində belə bir qayda var?

Cavab: Xeyr, İslamda belə bir qayda yoxdur. Ramazan ayında doğulan uşağa Ramazan adı qoymaq kimi bir şərt də yoxdur.

Odur ki, uşağınıza adət-ənənələrimizə və dini-mənəvi dəyərlərimizə müvafiq olan, eləcə də, həm yazılışı, həm də tələffüzü münasib olan hər hansı bir ad qoya bilərsiniz.

Uşaqlara ad qoyduqda bu adların dini ədəbiyyatda işlədilən sözlərdən ibarət olması da vacib deyil. Belə bir qayda və şərt yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.