Müsəlmanlar

Çimdiyimiz vaxt səhvən su udsaq, orucumuz batil olur?

Sual: Belə məlum olur ki, insan oruc olduqda çimə bilər, qüsl edə bilər. Bəzən elə olur ki, bilmədən boğaza su gedir. Bu halda nə etmək olar? Oruc batil olur, yoxsa yox?

Cavab: Qəsdən udmamısınızsa, oruc tutmağa davam edə bilərsiniz. Allah heç kəsə gücünün çatdığından artıq yük yükləmir. Allah Təala bildirir ki, səhvən baş verən şeylərə görə insan cavabdeh hesab edilməyəcək. Bununl əlaqədar Quran ayəsində deyilir:

“Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz. İnsanın bəzi qazancı lehinə, bəzisi də əleyhinədir. (Siz belə dua edin:) “Ey Rəbbimiz! Əgər biz unutsaq və ya səhv etsək, bizi məsul (cavabdeh) hesab etmə…” (Bəqərə, 2/286)

Allah dinin əmr etdiyi məsələlərdə insanlara heç bir çətinlik yaratmayıb. O, belə buyurur:

“Allah sizi çətinliyə salmaq istəmir, lakin O, sizi arındırmaq (pak və təmiz etmək) və sizə verdiyi nemətini tamamlamaq istəyir. Bəlkə, şükr edəsiniz.” (Maidə, 5/6)

“(Allah) sizə  din barəsində heç bir çətinlik yükləməyib.” (Həcc, 22/78)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.