Müsəlmanlar
Qəsdən oruc tutmayan bir nəfər bunu nə cür kompensasiya edə bilər?

Qəsdən oruc tutmayan bir nəfər bunu nə cür kompensasiya edə bilər?

Sual: Əgər Ramazan ayında bilə-bilə niyyət etməsək və oruc tutmasaq, bunu nə cür aradan qaldıra bilərik? 61 gün oruc tutmalıyıq, yoxsa təkcə 1 gün qəza orucu tutmaq kifayətdir?

Cavab: Özünü müsəlman qəbul edən və xəstəlik və ya səfər üstündə olmaq kimi üzrlü bir səbəbi olmayan bir insan Ramazan günü oruca niyyət etməyə bilməz. Onun belə bir haqq və ixtiyarından söhbət belə gedə bilməz! Bu, açıq-aydın Allaha üsyan etmək deməkdir:

http://www.muselmanlar.com/fitvalar/5438.html

Muhəmməd peyğəmbər (s. a. v.) bir hədisdə belə demişdir:

“Kim Ramazanın 1 gününün orucunu üzrsüz yerə və xəstəlik olmadan pozsa, ömür boyu oruc tutsa belə, pozduğu o orucu əvəz etməz.” ((Buxari, Savm (oruc), 29.))

Cavabın davamı üçün aşağıdakı keçidə nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3747.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.